“O əclafdır”
Bizi izləyin

İdman

“O əclafdır”

“O, əclafdır”

Uruqvay millisinin hücumçusu Luis Suaresin dişlədiyi italyan futbolçu Corco Kellini olaya münasibət bildirib.

Publika.az xəbər verir ki, Kellini Suaresi əclaf adlandırıb:

“Suares əclafdır. Onun etdiyi hərəkət belə qalmayacaq. FİFA ulduzların dünya çempionatında oynamasını istəyir. Görək videosübütdan istifadə etməyə cəsarətləri çatacaqmı. Həmin epizodu hakim də gördü. Amma heç nə etmədi. Hər şey göz önündə idi.

O, məni dişlədi. Sonra isə səhv hərəkət etdiyini başa düşərək, özünü yerə yıxdı. Hakim hər şeyi həll etdi. Markizionun qırmızı vərəqəsi də mənim dişləndiyim kimi absurd idi. Hakimlər böyük oyunçuları qoruyurlar. Amma belə davam edə bilməz”.

Qeyd edək ki, FİFA artıq epizodla bağlı araşdırmaya başlayıb. Bəzi məlumatlara görə, Suares 2 il müddətinə diskvalifikasiya oluna bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm