“Milan” braziliyalı oyunçu aldı
Bizi izləyin

İdman

“Milan” braziliyalı oyunçu aldı

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az xəbər verir ki, A Seriyası təmsilçisi Braziliya “Flamenqo”sunun futbolçusu Lukas Paketanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Gənc oyunçu yeni komandasına yanvarın 7-də qoşulacaq.

Bu transfer “Milan”a 35 milyon avroya başa gəlib. Cinah yarımmüdafiəçisinə Avropanın bir neçə klubu, o cümlədən, İspaniya "Barselona"sı ilə Fransa PSJ-si də iddialı idi.

Paketa ötən mövsüm Braziliya A Seriyasında 32 oyuna 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm