"Neftçi" qanalı hücumçusunu göndərdi
Bizi izləyin

İdman

"Neftçi" qanalı hücumçusunu göndərdi

"Neftçi” PFK futbolçu Kvame Karikarini icarəyə verib.

Publika.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin "Əl Oruba” klubunun formasını geyinəcək.

"Əl Oruba” hazırda BƏƏ çempionatının birinci divizionda liderlər sırasındadır.

Qeyd edək ki, Kvame Karikari bu mövsüm "Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb, 2 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm