“Neftçi”nin futbolçusu AXTARIŞA VERİLDİ
Bizi izləyin

İdman

“Neftçi”nin futbolçusu AXTARIŞA VERİLDİ

“Neftçi”nin futbolçusu ölkəsində axtarışa verilib.

Publika.az “Fanat.az”a istinadən xəbər verir ki, Anton Krivotsyuk əsgərlik probleminə görə vətəninə gedə bilmir.

20 yaşlı futbolçunun Ukraynada qeydiyyatda olduğu ünvana bir neçə dəfə çağırış məktubu göndərilsə də, müdafiəçi hərbi komissarlığa yollanmağa ehtiyac duymayıb.

Azərbaycanın U-21 yığmasında da oynayan "milliləşdirilmiş” legionerin aqibətinin necə olacağı bilinmir. Bəlli olan budur ki, Ukrayna və Rusiya arasında yaşanan son gərginliyin ardından idmançıların müxtəlif yollarla hərbi qulluqdan yayınmasına nəzarət gücləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm