"Mançester Siti"nin 19 yaşlı tapıntısı
Bizi izləyin

İdman

"Mançester Siti"nin 19 yaşlı tapıntısı

İngiltərənin "Mançester Siti" klubu Xorvatiyanın "Hayduk" komandasının futbolçusu Ante Palaversa ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə olan sözləşmə 2022-ci ilin yayına kimi nəzərdə tutulub.

Gənc oyunçu qarşıdakı 1.5 il müddətində icarə əsasında "Hayduk"da çıxış edəcək. Lakin "Mançester Siti" futbolçusunu 2020-ci ilin yanvarında komandaya qaytara bilər.

Qeyd edək ki, Ante Palaversa "Hayduk"un yetirməsidir. O, bu mövsüm komandanın heyətində 17 oyunda meydanda olub və iki qol vurub. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm