DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilir - - FOTO
Bizi izləyin

İdman

DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilir - - FOTO

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2 Fevral - Gənclər Günü ilə əlaqədar "Gələcəyin gəncləri" adlı uşaq şahmat turniri keçirilir.

Publika.az xəbər verir ki, turnirin təşkilatçıları Dövlət Təhlükəsizliyi Xidmətinin Şahmat Klubu və Azərbaycan Şahmat Federasiyasıdır.

Iki saatdan çox davam edəcək turnir beynəlxalq qrossmeyster, üçqat Avropa çempionu, Milli komandanın üzvü Qədir Hüseynovun iştirakı ilə baş tutur.

Q.Hüseynov 38 şahmat taxtasında eyni zamanda master klass verir.

Turnirdə DTX Şahmat Klubunun dərnəyinin üzvü olan 6-15 yaşlı uşaqlar iştirak edir. Onlar arasında Bakı, Azərbaycan üzrə şahmat yarışlarının çempionları olan uşaqlar, eləcə də 8 yaşlı Avropa çempionu da var.

Turnirdə fərqlənən uşaqlar mükafatlandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm