Təyyarə ilə itkin düşən futbolçunun cəsədi tapıldı
Bizi izləyin

İdman

Təyyarə ilə itkin düşən futbolçunun cəsədi tapıldı

Britaniyanın Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarından argentinalı futbolçu Emiliano Salanın cəsədinin tapıldığını və Portlend limanına gətirildiyini barədə məlumatı təsdiq edib.

Publika.az xəbər verir ki, polis Emiliano Salanın cəsədi olduğunu təsdiq edib.

Futbolçunun və pilotun yaxınları ekspertizanın nəticələri barədə məlumatlandırılıb. Faciənin səbəbləri araşdırılır.

Xatırladaq ki, təyyarə bazar ertəsi tapılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm