İdman
Boks üzrə Azərbaycan çempionatı ilk dəfə baş geyimi olmadan keçiriləcək
Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə
böyüklər arasında Azərbaycan çempionatına start
veriləcək.
Publika.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir
ki, yanvarın 30-dək davam edəcək yarışda respublikamızın müxtəlif
şəhər və rayonlarını təmsil edən 150-yə yaxın dəri əlcək ustasının
çıxışı gözlənilir.
Bu il böyüklər arasında dünya və Avropa çempionatı
keçirilməyəcəyindən milli komandamızın bir çox liderləri turnirdə
iştirak etməyəcəklər. 2 qat dünya çempionu Məhəmmədrəsul Məcidov,
Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov ölkə
çempionatında mübarizə aparmayacaqlar. Soltan Migitinov "Baku
Fires" klubunun heyətində Meksikaya yollandığından yarışa qatıla
bilməyəcək.
Ötən il Qazaxıstanda dünya çempionu olmuş Cavid Çələbiyev, Avropa
çempionatının bürünc mükafatçıları Elvin Məmişzadə, Salman Əlizadə,
son dünya çempionatının iştirakçıları Pərviz Bağırov, Elvin İsayev
və Rauf Rəhimov da yenidən ölkə miqyasında "birinci nömrə"
olduqlarını sübut etməyə çalışacaqlar.
Ümumdünya boks seriyasında yarışan "Baku Fires" klubunun 11 üzvü də
Azərbaycan çempionatında gücünü sınayacaq. Onların arasında London
olimpiadasının iştirakçısı Məhəmməd Abdulhəmidov (52 kq), WSB
liqasında 13 döyüşün 10-da qalib gəlmiş Xaybulla Musalov (75 kq) və
Abdulqadir Abdullayev (91 kq) daha tanınmışlarıdır.
Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan çempionatı baş geyimi
olmadan keçiriləcək.
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO