"Çelsi" kubokda mübarizəni dayandırdı
Bizi izləyin

İdman

"Çelsi" kubokda mübarizəni dayandırdı

İngiltərə kubokunda 1/8 final mərhələsi başa çatıb.

Publika.az xəbər verir ki, bu mərhələnin son qarşılaşmasında İngiltərənin iki nəhəng komandası - "Çelsi" ilə "Mançester Yunayted" üz-üzə gəlib. Premyer Liqada tituldan əli üzülən klubların "Stemford Bric"dəki dueli qonaqların xeyrinə nəticələnib. Belə ki, ilk hissədə rəqib qapısından 2 top keçirən "Mançester Yunayted" qələbə qazanaraq, adını 1/4 finala yazdırıb.

İngiltərə kuboku. 1/8 final

"Çelsi" - "Mançester Yunayted" - 0:2

Errera, 31; Poqba, 45.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları martın 16-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm