Bakı finalına doğru: Avropa Liqasında NÖVBƏTİ PÜŞK
Bizi izləyin

İdman

Bakı finalına doğru: Avropa Liqasında NÖVBƏTİ PÜŞK

Bu gün futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Püşkatmada bu komandalar iştirak edəcək: "Arsenal" (İngiltərə), "Benfika" (Portuqaliya), "Çelsi" (İngiltərə), "Dinamo" (Zaqreb, Xorvatiya), "Dinamo" (Kiyev, Ukrayna), "Ayntraxt" (Frankfurt, Almaniya), "İnter" (Milan, İtaliya), "Krasnodar" (Rusiya), "Napoli" (İtaliya), "Renn" (Fransa), "Zaltsburq" (Avstriya), "Sevilya" (İspaniya), "Slaviya" (Praqa, Çexiya), "Valensiya" (İspaniya), "Vilyarreal" (İspaniya), "Zenit" (Rusiya).

Bu mərhələdə səpələnmiş və səpələnməmiş komandalar, eləcə də eyni ölkənin təmsilçilərinin fərqli cütlüklərə bölgüsü olmayacaq. Bu isə o deməkdir ki, siyasi münasibətləri gərgin olan Rusiyanın "Krasnodar" və ya "Zenit" komandasının Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə 1/8 finalda rəqib olmasına maneçilik törədilməyəcək.

1/8 finalda ilk oyunlar martın 7-də, cavab görüşləri martın 14-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da başlanacaq. Adları birinci göstəriləcək komandalar ilk oyunlarını evdə keçirəcəklər.

Aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm