"Real"da baş məşqçi dəyişikliyi - QƏRAR VERİLDİ
Bizi izləyin

İdman

"Real"da baş məşqçi dəyişikliyi - QƏRAR VERİLDİ

"Real Madrid" futbol komandasının baş məşqçisi Santyaqo Soları tezliklə istefaya göndərilə bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, artıq "kral klubu"nun rəhbərliyi müvafiq qərar qəbul edib.

Səbəb kimi komandanın Çempionlar Liqasından kənarda qalması göstərilir. Madridlilər 1/8 finalda Hollandiya "Ayaks"ına iki oyunun yekununda 3:5 hesabı ilə uduzaraq, sensasiyalı şəkildə yarışla vidalaşıb.

Baş məşqçi postuna əsas namizədlər qismində Zinəddin Zidanla Joze Mourinyo göstərilir. Mourinyonun bu vəzifəni tutma ehtimalı daha böyükdür. Hər iki mütəxəssis əvvəllər də "Real Madrid"ə rəhbərlik ediblər. Zidan 2016-2018-ci illərdə çalışdığı komandaya ölkə çempionluğu və 3 dəfə Çempionlar Liqasını, Mourinyo isə 2010-2013-cü illərdə işlədiyi kollektivə çempionluq, ölkə kuboku və Superkubok qazandırıb.

Qeyd edək ki, hazırda "Real Madrid" La Liqada 48 xalla 3-cü pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm