Millimiz növbəti sınağa çıxır
Bizi izləyin

İdman

Millimiz növbəti sınağa çıxır

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək.

Publika.az xəbər verir ki, komandamız “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 13:00-da başlayacaq matçın baş hakimi Adam Farkas, onun köməkçiləri: Balazs Szert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, dördüncü hakim isə Nikolay Voloşin (hər ikisi Rusiya) olacaq.

Qeyd edək ki, U-19 ilk oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qolsuz heç-heçə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm