"Fənərbağça"nın prezidentindən ŞOK QƏRAR: komanda Çempionlar Liqasına getməsə...
Bizi izləyin

İdman

"Fənərbağça"nın prezidentindən ŞOK QƏRAR: komanda Çempionlar Liqasına getməsə...

İstanbulun “Fənərbağça” klubunun prezidenti Ali Koç şok qərar qəbul edib.

Publika.az xəbər verir ki, prezident Super Liqada gözlənilən nəticəni əldə edə bilməyərək uğursuzluğa düçar olan komandanı maaşı ilə sınağa çəkəcək.

Əgər növbəti mövsümdə komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, prezident futbolçuların maaşının 25%-ni, Avrokuboklara qatıla bilməsə 35%-ni kəsəcək. Ali Koçun bu qərarından sonra klubun idman direktoru Damien Komolli yerli və xarici futbolçularla tək-tək görüşüb müqavilə imzalayacaq.

Prezident bu sərt qərarı ilə bağlı danışarkən “çempionluğa mükafat varsa, məğlubiyyətə də cəza olmalı. Bu mövsümdə çəkdiklərimizi bir daha yaşamamalıyıq”.

Qeyd edək ki, “Fənərbağça” Super Liqanın turnir cədvəlində 32 xalla 13-cü yerdə qərarlaşıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm