İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək
Bizi izləyin

İdman

İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək

İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, bu tədbir tək Azərbaycan üçün yox, bütün Avropa üçün vacib hadisədir:

“Burada növbəti illərdə dünya, Avropa çempionatları, Olimpiya oyunlarında iştirak edəcək gənclər sınaqdan keçirilir. Onlar bir araya yığışaraq peşəkarlıqlarını göstərəcəklər”.

A.Rəhimovun sözlərinə görə, hazırda Bakıda yerləşən 12-dən artıq idman qurğuları hazır vəziyyətdədirlər: “Atletlər kəndində idmançıların qalması üçün yataqxanalar olacaq. İstərdik ki, bu tək idman yox, Avropa gənclərinin dostluq festivalı olsun, bir-birləri ilə tanış olsunlar, mədəniyyətlərin, tarixlərini göstərə bilsinlər. Düşünürük ki, 4 mindən artıq idmançı və nümayəndə heyətlərinin qatıldığı bu tədbir yüksək səviyyədə keçiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm