"Çempion" son turda məğlub oldu - VİDEO
Bizi izləyin

İdman

"Çempion" son turda məğlub oldu - VİDEO

Futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda İstanbulun “Qalatasaray” komandası səfərdə “Sivasspor”un qonağı olub.

Publika.az xəbər verir ki, çempionluğunu artıq ötən turda təmin edən “Qalatasaray” 4:3 hesabı məğlub olub.

Bununla da, "Qalatasaray” Superliqanı 69 xalla başa vurub. "Sivasspor" isə xallarının sayını 41-ə çatdıraraq turnir cədvəlində 14-cü pillədən 11-pilləyə yüksəlib.

“Başakşəhər” turnir cədvəlində 67 xalla çempionatda ikinci yeri tutub.

Turun digər oyunlarında “Beşiktaş” doğma meydanda “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edərək 65 xalla üçüncü pillədə qərarlaşıb. “Trabzonspor” isə səfərdə “Rizəspor”a 3:2 hesabı ilə qalib gələrək turnir cədvəlində 63 xalla dördüncü olub.

Türkiyə Superliqasında turun digər oyunları 25-26 may tarixlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm