İngilis əkizlər 73 yerlik təyyarə ilə Bakıya gəlir
Bizi izləyin

İdman

İngilis əkizlər 73 yerlik təyyarə ilə Bakıya gəlir

Vandsvort əkizləri 73 nəfərlik təyyarə ilə Avropa Liqası Finalına qatılmaq üçün üçün Bakıya yola düşüblər.

Axar.az Britaniya mediasına istinadla xəbər verir ki, Londonun Uondsuert əyalətindən olan əkizlər çərşənbə günü Azərbaycanda “Arsenal” və “Çelsi” arasında keçiriləcək Avropa Liqasının finalına baxmaq üçün 70-dən çox yaldaşları ilə birlikdə yola çıxacaqları barədə məlumat veriblər.

Məlumatda o da qeyd edilir ki, “Arsenal”ın fanatları olan Freddi və Cemi Villiers əkizləri digərlərindən fərqli olaraq, Uondsuert əyalətindən Azərbaycana gəlmək üçün adi vasitələrdən istifadə etməklə yanaşı, Bakıya çatmaq üçün heç bir maliyyə sıxıntısını düşünmədən İstanbulda 20 saat fasilə edərək Çempionatı izləməyi qarşılarına məqsəd qoyublar.

Əkizlərdən Cemi isə UEFA-nın final oyununun Bakıya salındığı üçün tənqidlərə məruz qalmasına qarşı çıxıb.

“Təkcə azarkeşlərə canlı oyun izləmək şansı yaratmaq üçün yox, həm də futbolun təşviqi üçün belə tədbirləri bütün bölgələrdə keçirmək lazımdır”, - deyə Cemi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm