İstanbul nəhəngi ilk transferini gerçəkləşdirdi - 1,3 milyona...
Bizi izləyin

İdman

İstanbul nəhəngi ilk transferini gerçəkləşdirdi - 1,3 milyona...

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Publika.az xəbər verir ki, bu, “Başakşəhər”in sabiq baş məşqçisi Abdullah Avcıdır.

Klubların prezidentləri bu gün məsələ ilə bağlı rəsmi görüş keçirib. Nəticədə, Abdullah Avcı 1,5 milyon avro qarşılığında 3 illik müqaviləyə imza atması üzərində razılıq əldə olunub. Rəsmi müqavilə bir neçə gün içində imzalanacaq.

“Beşiktaş” başda baş məşqçi olmaqla, heyətdə geniş dəyişikliklər etməyi və genişmiqyaslı transferlər germəkləşdirməyi planlaşdırır. Klub son 2 ildə komandaya 120 milyon büdcə ayırsa da, Çempionla Liqasında vəsiqə qazana bilməyib. Buna görə də bu büdcə 35 milyon avroya endiriləcək və maaşı çox olan futbolçular komandadan göndəriləcək.

Bundan başqa, Adəm Lyayiçlə 4 illik 6,5 milyon avro dəyərində müqavilə imzalanması nəzərdə tutulub. Klub bundan başqa, ən az 7 ayrı transfer gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, "Beşiktaş"ın son 4 ildə baş məşqçisi olan Şenol Güneş Türkiyənin milli komandasına təyinat alıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm