Azarkeşlər finala Dənizkənarı Milli Parkda böyük monitorda baxırlar - FOTO
Bizi izləyin

İdman

Azarkeşlər finala Dənizkənarı Milli Parkda böyük monitorda baxırlar - FOTO

İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında Bakıda keçirilən final görüşünə futbol həvəskarları Dənizkənarı Milli Parkda təşkil olunmuş azarkeş festivalının ərazisində quraşdırılan böyük monitorda da baxırlar.

Publika.az xəbər verir ki, bu, Avroliqanın final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində baş tutub.

Azarkeş festivalının ziyarətçiləri saat 23:00-dan etibarən final matçını canlı yayımda izləyirlər.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilir.

Şəhər ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları oyunu böyük maraqla seyr edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm