Beş güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəldi
Bizi izləyin

İdman

Beş güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəldi

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, çempionatın beşinci günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Ramik Heybətov (48 kq) debütdə çətinliklə də olsa ukraynalı rəqibini üstələyib. Dörddəbir finalda Fransa təmsilçisinə qalib gəlmək üçün idmançımıza cəmi bir dəqiqə kifayət edib – 10:0. O, yarımfinalda Ermənistan ismançısı Harutyun Hovannisyan ilə qarşılaşacaq.

Zirəddin Bayramov (55 kq) səkkizdəbir finalda belaruslu rəqibini mübarizədən kənarlaşdırıb – 10:0. Dörddəbir finalda gürcüstanlı idmançıya 4:0 hesabı ilə qalib gələn güləşçimi yarımfinala yüksəlib. Şəmkir güləş məktəbinin yetirməsinin yarımfinaldakı rəqibi türkiyəli Muhammet Karavus olacaq.

Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizəyə başlayan Cəbrayıl Hacıyev səkkizdəbir finalda italiyalı, dörddəbir finalda isə polşalı rəqiblərini eyni hesabla (10:0) məğlubiyyətə uğradıb. Güləşçimiz yarımfinalda Ukrayna təmsilçisi Narek Poqosyan ilə üz-üzə gələcək.

Abdulcəlil Şabanov (80 kq) da həm səkkizdəbir, həm də dörddəbir finalda rəqiblərinə heç bir xal verməyib. İdmançımız polşalı rəqibini 4:0, Moldova təmsilçisini isə 10:0 hesabı ilə məğlub edib. O, yarımfinalda ukraynalı Denis Saxaliuk ilə qarşılaşacaq.

Çempionatda 110 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Hamlet Nəsibli təsnifat mərhələsində Belarus təmsilçisini 8:2 hesabı ilə məğlubiyyətə uğradıb. Dörddəbir finalda Gürcüstan idmançısına 4:1 hesabı ilə qalib gələn güləşçimizin yarımfinaldakı rəqibi bolqarıstanlı Georgi İvanov olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm