EYOF: Azərbaycan güləşçiləri növbəti gündə 6 medal əldə etdilər - FOTO
Bizi izləyin

İdman

EYOF: Azərbaycan güləşçiləri növbəti gündə 6 medal əldə etdilər - FOTO

Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Publika.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Fyodor Baltuev ilə üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Cəfərov gümüş medalla kifayətlənib.

48 kq-dakı Mircava Nəbiyev İsveçrəli Tomas Fişeri məğlub edərək bürünc medala sahib olub.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Qurban Qurbanov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl, Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm