Güləşçimiz dünya çempionatında bürünc medal qazandı
Bizi izləyin

İdman

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında təmsilçimiz bürünc medal qazanıb.

Publika.az xəbər verir ki, avqustun 18-də güləşçimiz Əsgər Əlizadə (60 kiloqram) üçüncü yer uğrunda Qırğızıstan idmançısı Alastan Xanjarbek Uluya 11:2 hesabı ilə qalib gələrək bürünc medala sahib olub. Qeyd edək ki, təmsilçimiz təsəlliverici görüşdə əlcəzairli güləşçi Murtada Nanayı 8:0 hesabı ilə məğlub edib.

Dünya çempionatı davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm