• USD 1,7000 0,00% EUR 1,8829 +0,41%
    • GBP 2,1791 +0,49% RUB 0,0265 +0,38%

Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir

  • İdman
  • 17 Sentyabr 2019 07:42
Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir

Bugünkü çıxışımı bütün ömrüm boyu xatırlayacağam. Tamaşaçıların azarkeşliyi və arenadakı ab-hava möhtəşəm idi.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri sentyabrın 16-da Bakıda təşkil olunan bədii gimnastika üzrə 37-ci dünya çempionatının möhtəşəm açılış mərasimində çıxış edən Xalq artisti Emin Ağalarov jurnalistlərə müsahibəsində deyib.

Hit mahnıların ifaçısı bildirib: “Təşkilatçılar elə mahnılar seçmişdirlər ki, onlar hamı tərəfindən sevilir. “Сбежим в Баку”, “Мой Азербайджан” və Müslüm Maqomayevin repertuarından “Синяя вечность” çox məşhur və sevilən mahnılardır. Dünya çempionatının açılış mərasiminə dəvət olunduğum üçün çox şadam. Həmişəki kimi tamaşaçılar möhtəşəm idi. Hər zaman Azərbaycanda çıxış edəndə üzərimdə böyük məsuliyyət hiss edirəm. Tamaşaçıların məni isti qarşılaması çox sevindirici haldır. “Мой Азербайджан” mahnısını arenada olan tamaşaçılarla birgə ifa etdim. Etiraf etməliyəm ki, bu gün mənim üçün yaddaqalan olacaq”.

“Dünya çempionatında Azərbaycan və Rusiya gimnastlarına azarkeşlik edirəm. Ümid edirəm ki, Azərbaycan gimnastları uğurla çıxış edib xalqımızı sevindirəcəklər. İdman mənim həyatımın bir hissəsidir. İdmanla hamı məşğul olmalıdır. Çünki bu məşğuliyyət insan ömrünü uzadır”, - deyə E.Ağalarov əlavə edib.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

“Nağıllar gerçəkləşəcək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR