Bayraq stadiona dronla gətirildi - "Düdelanj" - "Qarabağ" matçında ERMƏNİ TƏXRİBATI (FOTO/VİDEO)
Bizi izləyin

İdman

Bayraq stadiona dronla gətirildi - "Düdelanj" - "Qarabağ" matçında ERMƏNİ TƏXRİBATI (FOTO/VİDEO)

UEFA Avropa Liqasında qrup mərhələsinin II tur oyunu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında ermənilər tərəfindən təxribat törədilib.

Publika.az xəbər verir ki, oyunun birinci hissəsində "Qarabağ"ın 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla Dağlıq Qarabağ seperatçılarının bayrağı gətirilib.

Futbolçularımız bununla bağlı hakimə kəskin etirazlarını bildiriblər. "Qarabağ"ın futbolçuları bayrağı topla vuraraq düşürməyə cəhd göstəriblər. Hazırda oyunda fasilə yaranıb və futbolçular stadionu tərk ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm