İdman
Qurban Qurbanova məşhur klubdan TƏKLİF GƏLDİ

Xəbər verdiyimiz kimi, Moskvanın "Spartak" klubu baş məşqçisi Oleq Kononvu istefaya göndərib.
Sportinfo.az-ın "Spartak"a yaxın mənbədən aldığı məlumata görə, paytaxt klubu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova da maraq göstərir.
Məlumata görə, "Spartak"ın nümayəndələri Qurban Qurbanovla təmas da qurublar. Onlar Qurbanovun məsələyə münasibətini öyrənmək istəyiblər. Məlumatda bildirilir ki, "Spartak" rəhbərliyi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynamasını nəzərə alaraq, Qurbanovla qışda və ya mövsümün sonunda da anlaşma əldə etməyə razıdır.
"Spartak" rəhbərliyində təmsil olunan bir neçə şəxs Qurbanovun oyun fəlsəfəsini bəyənir və bunun "Spartak"a uyğun olduğunu düşünür. Üstəlik, həmin şəxslər Qurbanovun futbolçu kimi Rusiya çempionatında çıxış etməsini də əsas gətirərək, onun ölkə futboluna yad sima olmadığını qabardırlar.
Məlumatda bildirilir ki, Qurbanov razılıq verəcəyi təqdirdə, "Spartak"ı qış fasiləsinə, ya da mövsümün sonuna qədər müvəqqəti baş məşqçi çalışdıra bilər. Qurbanovun bu təklifə münasibəti barədə isə məlumat verilmir.

-
Digər10:53
Pərviz Müşərrəf vəfat etdi
-
Digər10:33
DƏHŞƏTLİ QƏTL: Tanınmış Yutuber atası tərəfindən öldürüldü - VİDEO
-
İdman09:36
Nazir: "Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi" - VİDEO
-
Maraq dünyası03:43
Psixoloqdan Sevgililər Günü ərəfəsində tənhalara "QIZIL MƏSLƏHƏTLƏR"
-
Magazin202:42
Buzova hamamda çılpaq poza verdi - FOTO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: pul mübahisə mənbəyinə çevrilə bilər
-
Magazin100:23
"Normal qadın efirdə özünə ər axtarmaz" - VİDEO
-
Magazin14 Fevral 23:48
Fərqanə Qasımova ilə kürəkənindən maraqlı ifa - VİDEO