"Qarabağ" klubundan aprel şəhidlərinin övladları üçün MÖHTƏŞƏM ADDIM - VİDEO
Bizi izləyin

İdman

"Qarabağ" klubundan aprel şəhidlərinin övladları üçün MÖHTƏŞƏM ADDIM - VİDEO

“Qarabağ” klubu möhtəşəm sosial layihəyə imza atıb.

Publika.az xəbər verir ki, 2016-cı ilin aprel döyüşlərində şəhid olan qərhrəmanlarımızın övladları klubun düşərgəsinə aparılıb. Onları komandanın kapitanı Rəşad Sadıqov qarşılayıb.

Onlar futbol komandasının məşqində iştirak edib, futbolçularla əyləncəli vaxt keçiriblər. Xüsusilə, klubun xarici futbolçuları şəhid övladları ilə yaxından maraqlanıb.

Uşaqlar daha sonra futbolçularla birgə yemək yeyib və xatirə fotoları çəkdiriblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm