"Ödəniş etməsəniz sizi..." - “Fənərbağça”nın toplantısında Ərdoğana görün nələr deyildi - FOTO
Bizi izləyin

İdman

"Ödəniş etməsəniz sizi..." - “Fənərbağça”nın toplantısında Ərdoğana görün nələr deyildi - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azarkeşi olduğu “Fənərbağça” klubunun Ali İdarə Heyətinin üzvü seçilib.

Publika.az xəbər verir ki, prezident konqres üzvlüyünün 25-ci ilini tamamlayıb və daha üst səviyyəyə keçib.

İdarə heyətinin toplantısında açıqlama verən Ərdoğan “Könül fərman dinləmir. Meydanda olmasaq da, “Fənərbağça” ilə olan məhəbbətimiz davam etdi” sözlərini deyib.

Heyətin sədri Vəfa Küçük prezidentlə zarafatlaşıb: “Ümumi qaydalara və heyətin toplantılarına qatılmaq üçün illik ödənişləri yatırmaq lazımdır. Lütfən, bunu qeyd edin. Ödənişləri etməsəniz, sizi qəbul etməyəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm