"Mançester Siti"nin sahibləri Super Liqa klubunu aldılar
Bizi izləyin

İdman

"Mançester Siti"nin sahibləri Super Liqa klubunu aldılar

İngiltərə Premyer Liqasında çıxış edən "şəhərlilər" ləqəbli Mançester Siti klubunun sahibləri, Hindistan Super Liqa komandalarından biri olan Mumbay futbol klubunun yüzdə 65 hissəsini satın alıblar.

Publika.az
xəbər verir ki, "Mançester Siti" də daxil olmaqla 7 klubda hissə sahibi olan “City Football Group”, Hindistan futbolundan da hissə satın alaraq səhmdar olduqları klub sayını 8-ə çıxarıblar.

“City Football Group”-un Prezidenti Xaldun-əl-Mübarək məqsədlərinin Hind futboluna yardım etmək olduğunu ifadə edərək, klubu qısa müddətdə inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm