İdman
Mehriban Əliyeva: Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir
Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri davam edir. “AzərTac”ın xəbərinə görə, dünən “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı keçirilib.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
“Bakı Avropa Oyunları - 2015”in təntənəli təqdimat mərasiminin
aparıcısı Azərbaycanın tarixi və mədəniyyəti haqqında mərasim
iştirakçılarına məlumat verib. Bildirilib ki, zəngin mədəni
dəyərlərə malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa
Oyunlarına ev sahibliyi edəcək.
Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın
mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann
şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini
bildirib. Mer deyib ki, artıq ikinci dəfədir Kannda Azərbaycan
mədəniyyəti günləri təşkil olunur. “Azərbaycan zəngin mədəni
dəyərlərə malikdir” - deyən mer bildirib ki, gələn il ilk Avropa
Oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaq.
Ardından Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib. Tədbir iştirakçılarını salamlayan M.Əliyeva bildirib ki, Kann şəhərinin Fəxri vətəndaşı olmaq onun üçün çox şərəflidir: “Mən bu fürsətdən istifadə edərək bu gözəl şəhərə, onun bütün sakinlərinə öz hörmətimi çatdırıram. Hər il olduğu kimi, bu il də biz qonaqpərvərliyi və dostluğu hiss edirik və bizim ölkəmizə göstərilən diqqətə, hörmətə görə, tədbirlərimizdə bizə yardım göstərən hər kəsə, xüsusən də Kann şəhərinin meri cənab Lisnarda dərin təşəkkürümü çatdırıram. Bugünkü görüşümüz Azərbaycanın tarixində çox əlamətdar hadisəyə - 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub.
Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk
Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və
bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə, böyük
dəstəklə qarşılanıb. Məhz bu tarixi qərara görə Avropa Olimpiya
Komitəsinin bütün üzvlərinə və prezidentinə dərin minnətdarlığımı
bildirirəm. Baxmayaraq ki, Olimpiya hərəkatı Avropada meydana gəlib
və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa Oyunları
heç zaman keçirilməyib. Belə oyunları - tarixə ilk Avropa Oyunları
kimi daxil olan yarışları qəbul etmək, hazırlamaq və keçirmək bizim
üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük
məsuliyyətdir”.
Azərbaycan dünyada idman məkanı kimi tanındığını vurğulayan M.Əliyeva bildirib ki, idmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Biz müstəqilliyimizi bərpa etdikdən sonra Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyundan-oyuna qazanılan medalların sayı artır. Son Yay Olimpiya Oyunlarında Azərbaycan atletləri on medal qazanıblar və Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutublar”
M.Əliyeva bildirib ki, ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır, son on ildə Azərbaycanda 50-dən çox olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır: “Ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsində də böyük təcrübə əldə edib. Bakıda idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Ötən ay bədii gimnastika üzrə Bakıda keçirilən Avropa çempionatı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə hazırlanmış çempionat kimi qiymətləndirilib. Məhz bütün bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin hərtərəfli və sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu Oyunları Azərbaycanda keçirməyə qərar verib.
Avropa Oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə, ilk Oyunlar gələcək yanaşmaların standartlarının səviyyəsini təmin edəcək. Baxmayaraq ki, hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və Təşkilat Komitəsi səylə çalışır. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımi işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək”.
-
Region02:12
Qonşu ölkədə güclü ZƏLZƏLƏ OLDU
-
Magazin100:45
Razi Əliyeva hamilədir - FOTO
-
Magazin100:30
Elza Seyidcahan: "İlhamə Quliyeva üçün ağlamağa dəyməz" - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: səhhətinizdə problemlər yaranacaq
-
Magazin23 Noyabr 22:36
Məşhur rok musiqiçisi VƏFAT ETDİ
-
Avropa3 Noyabr 22:24
5,3 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman3 Noyabr 22:12
Dünya Çempionatının ən seksual fanatından dərin sinə dekoltesi - VİDEO
-
Nəqliyyat3 Noyabr 21:36
Sürücülərin NƏZƏRİNƏ: bu yolda sürət həddi endirildi