"Arsenal"dan səfərdə əzmkar QƏLƏBƏ
Bizi izləyin

İdman

"Arsenal"dan səfərdə əzmkar QƏLƏBƏ

İngiltərə kubokunun 1/16 final matçında “Bornmut” doğma meydanında "Arsenal" komandasını qəbul edib.

Publika.az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 5-ci dəqiqədə açılıb. London təmsilçisinin heyətində Bukayo Saka fərqlənib. Matçın 26-cı dəqiqəsində hücumçu Edvard Nketia qonaqların hesabdakı üstünlüyünü gücləndirib.

“Bornmut” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Əlavə edilmiş vaxtda meydan sahiblərinin hücumçusu Sem Sarric fərqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm