İdman
SON DƏQİQƏ: Futbol dünyası şokda - Tarixi qərar qəbul edildi
İngiltərənin "Mançester Siti" futbol klubu Avropa kuboklarından kənarlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə “UEFA”nın rəsmi internet səhifəsində məlumat yayılıb. Məlumata görə, "Mançester Siti" maliyyə "Fair Play" qaydalarını pozduğuna görə 2 il Avropa kuboklarından kənarlaşdırılıb. Qərar 2020-2021 və 2021- 2022-ci illəri əhatə edir. Həmçinin ingilislər 30 milyon avro cəzalandırılıb. İddialara görə, Mançester təmsilçisi 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər haqqındada səhv məlumat verib.
Xüsusilə, klub sahibləri təqribən 180 milyon avro, maliyyə "Fair Play" qaydalarına görə isə 45 milyon avro məbləğində vəsait itkisini ört-basdır ediblər. Mançester təmsilçisinin İdman Arbitraj Məhkəməsinə qərardan şikayət verəcəyi gözlənilir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində püşk "Mançester Siti"ni "Real Madrid" ilə üz-üzə gətirib.
Anar Türkeş
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ




















.jpg)















