Daha bir idmançımız erməni rəqibini MƏĞLUB ETDİ
Bizi izləyin

İdman

Daha bir idmançımız erməni rəqibini MƏĞLUB ETDİ

Azərbaycan idmançısı Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.

Publika.az xəbər verir ki, təcrübəli güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidze ilə görüşüb.

Görüş 2:2 hesabı ilə bitib. Lakin, sonuncu xalı güləşçimiz qazandığı üçün qələbə onun hesabına yazılıb.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatını 5 medalla başa vurub. Ötən gün Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm