İdman
Neymar PSJ-nin məşqini boykot etdi
PSJ-nin futbolçusu Neymar bu ay Paris klubunun nizam-intizam qaydasını pozub.
Publika.az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçun komandanın məşqinə çıxmaqdan imtina edib. Hadisə Fransa kubokunun 1/4 finalında fevralın 12-i keçirilən "Dijon"la matçın (6:1) növbəti günü baş verib. 28 yaşlı oyunçu komanda ilə məşqə çıxmaq istəməyib. O, baş məşqçisi Tomas Tuhelə istirahətə ehtiyacı olduğunu bildirib.
Neymarın bu hərəkəti T.Tuhelin "Dijon"la görüşdən sonra onun haqqında söylədiyi fikrə əsəbiləşdiyi üçün etdiyi iddia olunub. Mütəxəssisin Neymarın zədəsini tam sağaltmayacağı təqdirdə, Çempionlar Liqasının 1/8 finalında "Borussiya" ilə görüşdə oynatmayacağınını deməsi braziliyalı futbolçunun narazılığına səbəb olub.
Neymar Dortmund klubu ilə oyundan sonra 4 matç oynatmaması ilə bağlı verilən suala belə cavab vermişdi: "Son matçlarda oynamamaq mənim seçimim deyildi. Mən oynamaq istədim. Özümü yaxşı hiss edirdim. Amma klub məni oynatmaq qorxdu. Acısını da mən çəkdim". / Qol.az
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi