Prezident azarkeşlərlə əlbəyaxa oldu - Maşınının önünü kəsdilər və...
Bizi izləyin

İdman

Prezident azarkeşlərlə əlbəyaxa oldu - Maşınının önünü kəsdilər və...

Türkiyədə "Yeni Malatyaspor" futbol komandasının son turlar uğursuz nəticələr göstərməsi azarkeşlərlə klub rəhbərliyi arasında gərginliyə səbəb olub.

Publika.az xəbər verir ki, bu gün "Yeni Malatyaspor"un doğma meydanında "Konyaspor"la 1:1 hesablı bərabərlik əldə etməsindən sonra azarkeşlərlə klub prezidenti arasında dava düşüb.

"Rəhbərlik istefa" şüarını səsləndirən azarkeşlər "Yeni Malatyaspor"un prezidenti Adil Gevrekin stadiondan çıxarkən avtomobilinin önünü kəsiblər. Maşından düşən Gevrek azarkeşlərlə mübahisəyə başlayıb. Mühahisə bir müddət sonra əlbəyaxa dava ilə nəticələnib. Polisin müdaxiləsindən sonra tərəflər arasında qarşıdurmaya son qoyulub.

Sahib / Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm