Mançester derbisində meydan sahibləri qələbə qazandı
Bizi izləyin

İdman

Mançester derbisində meydan sahibləri qələbə qazandı

İngiltərə Premyer Liqasının 29-cu turunda Mançester derbisi baş tutub.

Publika.az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Mançester Siti” komandasını qəbul edib. Qarşılıqlı hücumlarla yadda qalan görüşdə “Mançester Yunayted” qələbə qazanıb - 2:0. Marsial 30-cu dəqiqədə ilk qolu vurub. İkinci qolu rəqib qapısından 90-cı dəqiqədə Maktominay keçirib.

Bu qələbə ilə xal ehtiyatını 45-ə çatdıran “Mançester Yunayted” yarış cədvəlində beşinci yerə yüksəlib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm