Rusiyalı idmançıda koronavirus aşkarlandı
Bizi izləyin

İdman

Rusiyalı idmançıda koronavirus aşkarlandı

Rusiyalı velosipedçi, "Qazprom-RusVelo" komandasının üzvü Dmitri Straxovda koronavirus infeksiyası aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə komandanın rəsmi "İnstagram" səhifəsi məlumat yayıb.

Bildirilib ki, idmançı xəstəxanaya yerləşdirilib. Məlumatda qeyd olunub ki, "Birləşmiş Ərəb Əmirlikləri turu" yarışı üçün Abu-Dabidə səfərdə olan komanda üzvlərinin üçündən koronavirus testi götürülüb və yalnız Straxovun analizi müsbət nəticə verib.

İdmançı açıqlamasında özünü yaxşı hiss etdiyini və bütün təhlükəsizlik tədbirlərinə əməl etdiyini bildirin.

“Birləşmiş Ərəb Əmirlikləri turu" yarışının ilk iki mərhələsi isə koronavirusa görə təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm