“Onun başqa planetdən gəlmədiyi sübut olundu”
Bizi izləyin

İdman

“Onun başqa planetdən gəlmədiyi sübut olundu”

“Onun başqa planetdən gəlmədiyi sübut olundu”

Əfsanəvi futbolçu Raul Qonzales dünya çempionatının final matçından danışıb.

Publika.az xəbər verir ki, o, açıqlamasında Messi haqda da atmacalı fikirlər səsləndirib:

“Argentina Almaniya ilə matçda qol epizodlarından yararlanmadı. Toni Kroosun səhv ötürməsindən sonra Hiquayin yüz faizlik imkanı qola çevirə bilmədi. Finalda bu cür imkanlardan istifadə edə bilməyən komandanı rəqib cəzalandırır. Argentina əks- hücumlarda yaxşı təsir bağışlamasına baxmayaraq, qapıya vurulan zərbələr qeyri-dəqiq idi.

Messi qarşılaşma ərzində Argentinanın yaratdığı ən yaxşı qol imkanından yararlana bilmədi. Qapıçı ilə təkbətək qalmasına baxmayaraq, topu qapıya düzgün göndərə bilmədi. Messi bu cür epizodlarda çox zaman fərqlənirdi. Amma bu qolu vurmamaqla onun başqa planetdən gəlmədiyi sübut olundu”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm