"Liverpul"un əfsanəsi koronavirusa yoluxdu
Bizi izləyin

İdman

"Liverpul"un əfsanəsi koronavirusa yoluxdu

"Liverpul" sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqliş koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İnfeksiya müalicəsi üçün xəstəxanaya aparılan 69 yaşlı veteran oyunçunun koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, Dalqliş futbolçu karyerası ərzində 1977-1990-cı illərdə "Liverpul"da oynayıb. O, 1985-1991 və 2011-2012-ci illərdə klubda baş məşqçi vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm