İdman
Trampa ŞOK CAVAB: dekabr ayına qədər...
Hər yerdə olduğu kimi koronavirusun ən geniş yayıldığı ölkə olan ABŞ-da da bütün dünyanın izlədiyi NBA, NFL və MLS kimi böyük liqaların oyunu dayandırılıb.
Publika.az xəbər verir ki, ölkədə hər gün 25 minə yaxın yeni yoluxma faktı aşkarlanmasına rəğmən, Prezident Donald Tramp matçların tezliklə başlanacağını açıqlamış, mümkün olan ən qısa müddətdə bunu eədcəklərini bildirmişdi.
“Basketbol, futbol, beyzbol, hokkey matçlarını izləməyi hamımız istəyirik. İnsanlarımız qolf sahəsində dərin nəfəs almaq üçün belə darıxıb. Təxirə salınan bütün idman müsabiqələrini avqust ayından əvvəl başlatmağı istəyirik”, - Tramp bildirmişdi.
Los-Anceles bələdiyyəsinin sədri Erik Qarsetti isə prezidentin bu sözlərinə tam əks olan açıqlama verib. O bildirib ki, 2020-ci ildə heç bir yarış keçirilməyəcək. Buraya idman müsabiqələri və konsertlər də daxildir.
NBA liqasının prezidenti Adam Silver yarışlara başlamaq istədiklərini bildirsə də, “Atlanta Hawks” klubunun baş icraçı direktoru Stiv Kunin pandemiyanın uzun müddət davam edəcəyini, buna görə də NBA-nın dekabr ayında başlamasını istədiklərini vurğulayıb. Bu səbəbdən liqanın bu il ləğv ediləcəyi gündəmdədir.
Trampın bu açıqlamalara cavabı maraq dairəsindədir.
Zümrüd
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...