Dibala "Yuventus"da qalır
Bizi izləyin

İdman

Dibala "Yuventus"da qalır

İtaliyanın "Yuventus" futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq.

Publika.az Vesti.ru-ya istinadla xəbər verir ki, tərəflər müqavilənin yeni şərtləri barədə razılığa gəliblər və buna görə hücumçunun əmək haqqı artırılacaq.

Bildirilib ki, 30 iyun 2022-ci ilə qədərə imzalanan cari müqaviləyə əsasən Dibala ildə 7,5 milyon avro alır.

Bu mövsümdə 26 yaşlı argentinalı futbolçu "Yuventus"da 34 oyun keçirib, 13 qol vurub və 12 asist verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm