Acun Ilıcalının almaq istədiyi klub məlum oldu - RƏSMİ
Bizi izləyin

İdman

Acun Ilıcalının almaq istədiyi klub məlum oldu - RƏSMİ

Türkiyəli iş adamı Acun Ilıcalının almaq istədiyi futbol klubunun adı məlum olub.

Publika.az xəbər verir ki, iş adamı Niderlandın “Fortuna Sittard” klubunu almaq niyyətindədir.

Klubun idarə heyətinin sədri Işıtan Gün mediada dərc olunan iddiaları təsdiqləyib və satış üçün Ilıcalı ilə görüşdüklərini rəsmən açıqlayıb.

“Uzun illər tanışlığımız çərçivəsində ötən aylarda cənab Ilıcalı sərmayəçi kimi “Fortuna Sittard”a maraq duyduğunu dilə gətirmişdi. Onun ailəmizə qatılması klubumuzun uzunmüddətli mövqeyini daimi olaraq gücləndirmək üçün əhəmiyyətlidir. Səyahət qadağası aradan qalxar-qalxmaz bir araya gələcəyik”, - sədr bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm