“Çelsi” Kay Havertzi transfer edir
Bizi izləyin

İdman

“Çelsi” Kay Havertzi transfer edir

İngiltərənin “Çelsi” futbol klubu Almaniyanın “Bayer” komandasının yarımmüdafiəçisi Kay Havertzi transfer etmək istəyir.

Publika.az xəbər verir ki, London klubu 20 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. O, bu təklifi qəbul edəcəyi təqdirdə, illik 8 milyon avro qazanacaq.

Bildirilib ki, Leverkuzen təmsilçisi almaniyalı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.

K.Havertz cari mövsümdə “Bayer”in heyətində keçirdiyi 38 oyunda 15 qol vurub və 5 assist edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm