İdman
Slovakiyadan 11 medal gətirdilər
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb.
Publika.az xəbər verir ki, çempionatda iştirak edən hər üç növ üzrə yığma komandalarımız ümumilikdə 2 qızıl, 6 gümüş və 3 bürünc medal olmaqla 11 medal medalla vətənə qayıdır.
Qızıl medalları yığma komandamıza sərbəst güləş üzrə yarışan Teymur Məmmədov (63 kq) və Şamil Sadullayev (85 kq) qazandırıb.
Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yunan-Roma güləşində, Leyla Qurbanova (49 kq) qadın güləşində, Əfqan Xaşalov (50 kq) və Mahir Əmiraslanov (58 kq) isə sərbəst güləş yarışlarında yalnız finalda məğlub olaraq, komandamıza gümüş medal qazandırıb.
Bürünc medalları isə, yunan-Roma güləşi üzrə Seymur Hüseynov (46 kq), İslambek Dadov (69 kq) və qadın güləşi üzrə Türkan Nəsirova (46 kq) əldə edib.
Bu nəticə ilə, güləşçilərimiz komanda hesabında da ön sıralarda qərarlaşıb. Belə ki, 3 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında Rusiya yığması ilə eyni xalı toplayaraq ikinci nəticə göstərib. 2 qızıl və 2 gümüş medal qazanan sərbəst güləşçilərimiz isə, komanda hesabında beşinci pillədə qərarlaşıb.
Aygün İlqarqızı
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO