İdman
İmran Cəfərov idmançı olacaq – FOTO
Ötən il Nabranda istirahət mərkəzində ayağını itirən 4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşulub. Bu barədə Publika.az-a Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov məlumat verib.
O qeyd edib ki, Nabranda ayağından zədə almış İmran Cəfərov
valideyinləri ilə birlikdə Milli Paralimpiya Komitəsinə dəvət
olunub və İmranın Uşaq paralimpiya Komitəsində yaradılmış üzgüçülük
idman növünə cəlb olunması təklif olunub.
"İdman növü haqqında ətraflı məlumat verilərək izah edilib ki,
İmranın bu idman növünə cəlb edilməsi onun reabilitasiya keçməsi
ilə bərabər cəmiyyətə inteqrasiya olunamsına şərait yaradacaq.
Görüş zamanı onlar üzgüçülük idman növü üzrə məşqçi ilə tanış
edilmiş və qərara alınıb ki, növbəti həftədən İmran məşqlərə
başlasın. Məşqlər ilk dövrlərdə komitənin psixoloqu və
valideyinlərin iştirakı ilə keçiriləcək".
Qeyd edək ki, 2013-cü ilin iyul ayında Nabrandakı istirahət
mərkəzlərinin birində ayaqlarından zədə almış 3 yaşlı İmran Cəfərov
president İlham Əliyevin tapşırığı ilə dövlət hesabına Almaniyada
müalicə alıb.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO