"Casus"a etibar etmədi, özü gəldi
Bizi izləyin

İdman

"Casus"a etibar etmədi, özü gəldi

"Casus"a etibar etmədi, özü gəldi

Avstriyanın "Zalsburq" klubunun "Qarabağ" - "Valetta" matçına "casus" göndərəcəyi bildirilirdi.

Publika.az xəbər verir ki, Avstriya klubunun baş məşqçisi Adi Hütter heç kimə etibar etməyib. Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərin oyununa bələd olmaq istəyən baş məşqçi özü Bakıya gəlib.

43 yaşlı mütəxəssis bu axşam keçiriləcək "Qarabağ" - "Valletta" matçını stadiondan canlı izləyəcək.

Hütter paytaxtımıza tək gəlməyib. “Zalsburq” klubunun rəsmi saytının video-analitiki Riçard Kitsbixler də Bakıdadır.

Qeyd edək ki, "Qarabağ" - "Valletta" oyunu bu gün, saat 21:30-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm