“Neftçi” baş məşqçisi ilə 2 illik müqavilə bağladı - FOTO
Bizi izləyin

İdman

“Neftçi” baş məşqçisi ilə 2 illik müqavilə bağladı - FOTO

"Neftçi” baş məşqçi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

Publika.az klubun saytına istinadla xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib.

Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunan Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. “Ağ-qaralar” onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm