Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq
Bizi izləyin

İdman

Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.

Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edəcək.

C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub.

Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb.

UEFA Millətlər Liqası

C liqası, I qrup

8 sentyabr

22:45. Kipr - Azərbaycan

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka

Nikosiya. GSP stadionu

Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm