İdman
Azərbaycan yığması Gürcüstana uduzdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Gürcüstanın qonağı olub. Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçirilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Giorgi Quliaşvili fəqlənib. 76-cı dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Gürcüstan bu nəticədən sonra 12-ci xalını qazanıb, Azərbaycan isə 6 xalda qalıb. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada rəqib qalib gəlib - 3:0.
Bugünkü görüşdə Obradoviç Azərbaycan millisinə texniki zonadan təlimatlar verə bilməyib. Səbəb serbiyalı mütəxəssisin Slovakiyaya 1:2 hesabı ilə uduzduqları ötən görüşdə qırmızı vərəqə almasıdır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu