"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu
Bizi izləyin

İdman

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi"lə (Təl-Əviv) üz-üzə gəlib.

"Blumfild" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10-cu dəqiqədə "Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.

Matç Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev üçün əlamətdar olub. 31 yaşlı müdafiəçi avrokuboklarda 100-cü oyununa çıxıb.

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüşdə qapılara 8 qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" qrupda ikinci matçını oktyabrın 29-da "Vilyarreal"a qarşı keçirəcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

***

:23:13

Publika.az xəbər verir ki, “Makkabi” 10-cu dəqiqədə Yonatan Kohenlə hesabı açır - 1:0.

***

23:00

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İsrailin “Makkabi” komandası ilə qarşılır.

22:36

Bu gün saat 23:00-da futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, "Blumfild" stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Patrik Andrade, Xayme Romero və Abdullah Zubir yer alıblar.

“Makkabi”in ilk onbirliyində isə meydana Daniel Tenenbaum, Maor Kandil, Eytan Tibi, Şeran Yeni, Enrik Saborit, Ofir Davidzade, Eyal Qolasa, Dor Perec, Dan Qlazer, Yonaran Koen və Etey Şaxtor çıxacaqlar.

Görüşü şotlandiyalı hakimlər briqadasına idarə edəcək. Qarşılaşmanın əsas hakimi Con Biton olacaq. Ona Frensis Konor və Daniel Makfarlan kömək edəcək. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Hakimlərin işinə serbiyalı Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm