AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi
Bizi izləyin

İdman

AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi

Avropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.

Publika.az-az xəbər verir ki, bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm