İdman
"Barselona"nın qaldığı oteldə yanğın siqnalını işə salan azarkeş saxlanıldı
Fransanın PSJ klubunun azarkeşləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün Parisdə olan İspaniya "Barselona"sının qaldığı otelin yaxınlığında səs-küy salıblar.
Publika.az xəbər verir ki, fanatlar səhərə yaxın saat 04:00-da havaya fişəng ataraq, rəqib futbolçuları yuxudan oyatmağa çalışıblar. Onlar bunu İspaniyadakı ilk matçdan öncə PSJ-yə qarşı eyni hərəkəti edən Kataloniya tərəfdarlarından intiqam almaq üçün ediblər.
Yerli azarkeşlərdən biri isə "Barselona"nın məskunlaşdığı oteldə gecələyərək, saat 05:00 radələrində yanğın siqnalını işə salıb. Həmin şəxs dərhal polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, bu gecə keçiriləcək PSJ - "Barselona" oyunu Bakı vaxtı ilə saat 24:00-da start götürəcək. İspaniyadakı ilk matçda parislilər 4:1 hesablı qələbə qazanıblar.
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
















.jpg)

















